Azərbaycan Mərkəzi Bankı hərracda 0,4 mln. dollar alıb

Azərbaycan Mərkəzi Bankı hərracda 0,4 mln. dollar alıb "Manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verir"
Maliyyə
151
4 Aprel , 2016 15:17
Azərbaycan Mərkəzi Bankı hərracda 0,4 mln. dollar alıb

Bakı. 4 aprel. REPORT.AZ/ "Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb-təklif nisbəti əsasında formalaşır. Lakin müəyyən dedollarlaşma meylləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verir".

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank bu gün valyuta alışı hərracı keçirib və hərrac 0,4 mln. ABŞ dolları həcmində yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi