Yuxarı
    Bağlamaq

    “Azəravtoyol”un fəaliyyəti yoxlanılıb

    Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamanın nəticəsi müzakirə olunub

    Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. İclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

    "Report"un palataya istinadən verdiyi xəbərə görə, iclasda “Azəravtoyol” ASC-yə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Nəqliyyat və rabitə” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və təyinatı üzrə icrasına dair hesabat dinlənilib. Həmçinin, Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamanın nəticəsi müzakirə olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə yönəldilmiş vəsaitlərin istifadəsinə dair və Zaqatala rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar müzakirəsi mövzusu olub. 

    İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

    Kollegiyada Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi