Yuxarı
    Bağlamaq

    "Azər-Türk Bank" yeni müqavilə imzalayıb

    Bank ödənişləri asanlaşdırmaq üçün daha bir yenilik edib

    Bakı. 17 fevral. REPORT.AZ/ "Azər-Türk Bank" ASC və onlayn ödəmə xidməti provayderi olan "GoldenPay" şirkəti arasında müqavilə imzalanıb. 

    Bu barədə "Report"a Bankdan məlumat verilib. 

    Müqaviləyə əsasən, plastik kart sahibləri "Azər-Türk Bank"a olan kredit kartı və cari kredit borclarını "Hesab.az" portalına daxil olmaqla, onlayn şəkildə anında ödəyə biləcəklər.

    Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi