"Azər-Türk Bank" uşaqlarla bağlı layihədə iştirak edib

"Azər-Türk Bank" uşaqlarla bağlı layihədə iştirak edib Bank uşaqlara hədiyyələr təqdim edib
Maliyyə
31 Yanvar , 2017 13:45
Azər-Türk Bank uşaqlarla bağlı layihədə iştirak edib

Bakı. 31 yanvar. REPORT.AZ/ Hazırda Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Onlardan biri də Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Məktub” layihəsidir.

"Report" un "Azər-Türk Bank" ASC-yə istinadən verdiyi xəbərə görə, ölkənin müxtəlif bölgələrindən olan uşaqların “ASAN Məktub”a ünvanlandığı 22 müraciətdə bildirilən arzu və istəklərin həyata keçirilməsi üçün görüş təşkil edilib: "Görüşdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN Xidmət" könüllüləri, "Azər-Türk Bank" nümayəndələri, eləcə də uşaqlar və onların valideyinləri iştirak ediblər. Uşaqlar öncə əyləncə proqramını seyr ediblər, sonra uşaqlara hədiyyələr təqdim olunub. Uşaqlar öz məktublarında nəyi arzu etmişdilərsə, böyüklərin körpələrə olan sevgisi sayəsində əldə ediblər. Tədbirin sonunda kiçik qonaqlar təşkilatçılara minnətdarlıqlarını bildiriblər".

Qeyd edək ki, bu layihənin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkədə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq, bununla da təmənnasız olaraq uşaqlara sevinc yaşatmaq, fərəhləndirməkdir. “ASAN Məktub” layihəsi vasitəsi ilə ölkə ərazisində yaşayan uşaq evlərinin, aztəminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi