"Azər-Türk Bank" səhmdarlarına hesabat verəcək

"Azər-Türk Bank" səhmdarlarına hesabat verəcək Bankın səhmdarlarının yığıncağı çağırılıb
Maliyyə
6 May , 2017 08:53
Azər-Türk Bank səhmdarlarına hesabat verəcək

Bakı. 6 may. REPORT.AZ/ İyunun 19-da, saat 11:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumatda deyilir ki, yığıncaq Bankın inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq. 

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi