"Azər-Türk Bank" nağdlaşdırma üçün komissiyanı ləğv edib

"Azər-Türk Bank" nağdlaşdırma üçün komissiyanı ləğv edib Bu, ölkə daxilində əmək haqqı kartları ilə aparılan əməliyyatlara aiddir
Maliyyə
7 Fevral , 2017 09:52
Azər-Türk Bank nağdlaşdırma üçün komissiyanı ləğv edib

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gündən etibarən "Azər-Türk Bank" ASC-nin əmək haqqı kartları ilə Azərbaycan daxilində istənilən bankın bankomatından vəsaiti heç bir komissiya ödəmədən nağdlaşdırmaq mümkündür.

"Report" bu barədə "Azər-Türk Bank"ın yaydığı bəyanata istinadən xəbər verir. 

"Azərbaycanda plastik kartların sahiblərinin ən çox istifadə etdiyi xidmətlərdən biri ATM vasitəsilə nağdlaşdırma əməliyyatıdır. Hamıya məlumdur ki, bir bankın müştərisi digər bankın ATM-indən istifadə etdiyi zaman komissiya ödəməli olur. "Azər-Türk Bank" öz müştərilərinə bəyan edir ki, 7 fevraldan etibarən əmək haqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından əmək haqqını çəkdiyiniz zaman heç bir komissiya tutulmayacaq", - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi