"Azər Türk Bank" mətbuat işçiləri üçün kampaniya keçirir

"Azər Türk Bank" mətbuat işçiləri üçün kampaniya keçirir Bakı. 23 iyul. REPORT.AZ/ Azər Türk Bank Milli Mətbuat Günü münasibətilə 22 iyul tarixindən etibarən məxsusi mətbuat işçiləri üçün “İsti xəbərimiz var!” adlı kampaniyaya başlayıb.
Maliyyə
23 İyul , 2018 10:42
Azər Türk Bank mətbuat işçiləri üçün kampaniya keçirir

Bakı. 23 iyul. REPORT.AZ/ "Azər Türk Bank" Milli Mətbuat Günü münasibətilə 22 iyul tarixindən etibarən məxsusi mətbuat işçiləri üçün “İsti xəbərimiz var!” adlı kampaniyaya başlayıb.

Kampaniyanın şərtlərinə uyğun olaraq, 12 aydan artıq müddətə istehlak krediti götürən kütləvi informasiya vasitələrinin nümayəndələrinə faizlərdə 1,5% endirim ediləcəkdir. Bundan əlavə, həmin şəxslərə bir illik xidmət müddətli MasterCard Gold debit kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.

Kampaniyanın müddəti 1 avqust tarixinədəkdir.

Valyuta Müddətlər
12 aya 24 aya 36 aya 48 aya
qədər qədər qədər qədər
Mövcud şərtlər AZN 19% 23% 25% 27%
Kampaniya şərtləri 19% 21.50% 23.50% 25.50%

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi