Yuxarı
    Bağlamaq

    “Azər-Türk Bank” manat əmanətlərini bahalaşdırıb

    Bankın ABŞ dolları ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb

    Bakı. 24 mart. REPORT.AZ/ “Azər-Türk Bank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi klassik əmanətlərin faiz dərəcələrini 3,5% artırıb.

    Bu barədə “Report” Banka istinadən xəbər verir.

    Məlumata görə, hazırda “Azər-Türk Bank”da 1 il müddətinə milli valyuta ilə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 13,5-14% divident vəd edilir. İndiyə qədər illik gəlirlilik 10-10,5% olub.

    Bankın ABŞ dolları ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

    Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi