"Azər-Türk Bank" manat əmanətləri üzrə gəlirliliyi artırıb

"Azər-Türk Bank" manat əmanətləri üzrə gəlirliliyi artırıb Müddəti və faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq gəlirlilik 10-15% olacaq
Maliyyə
7 Aprel , 2017 13:28
Azər-Türk Bank manat əmanətləri üzrə gəlirliliyi artırıb

Bakı. 7 aprel. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin əmanətlərin qəbulu ilə əlaqədar keçirdiyi “Bahar kampaniyası” may ayının 1-dək davam edəcək. 

Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yeni qısamüddətli əmanət növlərinin tətbiqi ilə yanaşı, təklif olunan müddət ərzində Bank Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini 15%-dək artırıb.

Bankdan verilən məlumata görə, hazırda “Azər-Türk Bank”da milli valyuta ilə yerləşdirilən əmanətlərə görə müddətindən və faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 10-15% arasında illik gəlir vəd edilir. Yüksək faiz dərəcələrinə baxmayaraq, Bankda yerləşdirilən bütün növ depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Bankda əmanətçilərə 3 il müddətinə müştərinin şəxsi məqsədləri və depozit üzrə faizlərin əldə edilməsi üçün ödəniş kartı da hədiyyə edilir.

Son xəbərlər

Orphus sistemi