"Azər-Türk Bank" istehlak kreditləşməsinin şərtlərini dəyişib

"Azər-Türk Bank" istehlak kreditləşməsinin şərtlərini dəyişib Dəyişiklik kreditlərin illik faiz dərəcəsində və məbləğində baş verib
Maliyyə
5 Dekabr , 2016 13:08
Azər-Türk Bank istehlak kreditləşməsinin şərtlərini dəyişib

Bakı. 5 dekabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcələrini dəyişib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, fiziki şəxslərə manatla verilən kreditlərin illik faiz dərəcələri 20-23%-dən 24-26%-a qədər artırılıb, dollarla verilən kreditlərin illik faiz dərəcələri isə 12-16%-dən 14-16%-ə çatdırılıb. 

Bundan başqa, "Azər-Türk Bank" istehlak kreditlərinin maksimal məbləğini 15 min manatdan 10 min manata qədər azaldıb, minimal məbləğini isə 500 manat saxlayıb. Hazırda Bankda kredit ən çox 24 aylıq müddətə ayrılır. Komissiya haqqı kreditin məbləğinin 1%-i qədərdir. Dollarla kreditlər yalnız gəliri xarici valyutada olanlara təqdim olunur.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi