“Azər-Türk Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Azər-Türk Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək İyunun 29-da, saat 11:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
19 May , 2020 14:29
“Azər-Türk Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 29-da, saat 11:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər veri rki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlamayıb. 

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4%-i Türkiyənin "Zıraat Bank"ına, 1,1%-i "Zıraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi