Yuxarı
    Bağlamaq

    "Azər-Türk Bank"ın səhmdarları yığılacaq

    İyunun 21-də Bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

    Bakı. 4 may. REPORT.AZ/ İyunun 21-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report"un rəsmi qəzetdə dərc olunan elana istinadən verdiyi xəbərə görə, yığıncağın gündəliyinə “Azər-Türk Bank”ın 2015-ci il üzrə fəaliyyətinə dair müstəqil auditorun hesabatının təsdiqi daxildir.

    Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə (Əmlak Məsələləri Dövlət Komitəsi) məxsusdur. Digər səhmdarlar isə "Ziraat Bank" (12,4%, Türkiyə), "Qala Həyat" (5%) sığorta və "AzRe"(6,6%) təkrarsığorta şirkətləridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi