"Azər-Türk Bank"ın ödəniş kartları ilə əməliyyatların sayı və həcmi artıb

"Azər-Türk Bank"ın ödəniş kartları ilə əməliyyatların sayı və həcmi artıb Kart əməliyyatlarının dövriyyəsi 30% artıb
Maliyyə
12 May , 2017 16:56
Azər-Türk Bankın ödəniş kartları ilə əməliyyatların sayı və həcmi artıb

Bakı. 12 may. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində müştərilər "Azər-Türk Bank" ASC-nin plastik kartları vasitəsilə 185 minə yaxın əməliyyat həyata keçiriblər.

"Report"a Bankın mətbuat xidmətindən verilən məlumata görə, kartla əməliyyatların dövriyyəsi 31,5 mln. manat olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 30% artıb.

"MasterCard" və "Visa" beynəlxalq ödəniş sistemlərinin üzvü olan "Azər-Türk Bank" plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda dövriyyədə Banka məxsus 33 min aktiv plastik kart var ki, bu da 2016-cı ilin ilk rübünün nəticələrinə nisbətən 34% çoxdur.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi