"Azər-Türk Bank"ın mənfəəti 4% azalıb

"Azər-Türk Bank"ın mənfəəti 4% azalıb Azər-Türk Bank ASC bu ilin I rübünü 376 min manat mənfəətlə başa vurub.
Maliyyə
27 Aprel , 2020 15:42
Azər-Türk Bankın mənfəəti 4% azalıb

"Azər-Türk Bank" ASC bu ilin I rübünü 376 min manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8% azdır.

Yanvar-mart aylarında "Azər-Türk Bank"ın gəlirləri 7,6 milyon manat (illik müqayisədə 3% az), xərcləri 7,4 milyon manat (0,8% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 163 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Azər-Türk Bank"ın aktivləri 338,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4% çoxdur. Bunun 161,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,7% böyüyüb.

Hesabat dövründə "Azər-Türk Bank"ın öhdəlikləri 2,1% artaraq 282,2 milyon manata, o cümlədən depozit portfeli 7,6% artaraq 189,1 milyon manata, balans kapitalı isə 4% artaraq 56 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi