"Azər-Türk Bank" gücləndirilmiş rejimdə işləyir

"Azər-Türk Bank" gücləndirilmiş rejimdə işləyir Bankın “Bakı” filialı mayın 22-dək hər gün işləyəcək
Maliyyə
13 May , 2017 10:19
Azər-Türk Bank gücləndirilmiş rejimdə işləyir

Bakı. 13 may. REPORT.AZ/ "Azər-Türk Bank" ASC gücləndirilmiş iş rejiminə keçib. 

Bankın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq Bankın “Bakı” filialı mayın 12-22-də şənbə və bazar günləri də daxil olmaqla, hər gün saat 09:00-dan 21:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Azər-Türk Bank"ın Bakı şəhəri üzrə digər strukturları, o cümlədən 1 saylı şöbəsi müştərilərə xidməti adi qaydada davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi