Yuxarı
    Bağlamaq

    ​"Azər-Türk Bank"da yeni təyinat olub

    Bankın Hüquq Departamentinə yeni direktor təyin edilib

    Bakı. 5 avqust. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin Hüquq Departamentinə yeni direktor təyin edilib. "Report" xəbər verir ki, bu vəzifəyə adıçəkilən departamentin direktor müavini İlham Quliyev gətirilib.

    İ.Quliyev yeni vəzifəsində Mustafa Rəşidovu əvəz edib. O, avqustun 3-də "Bank Standard" QSC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyinat alıb.

    Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb.

    Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi