“Azər-Türk Bank”da yeni təyinat olub

“Azər-Türk Bank”da yeni təyinat olub Bankın Maliyyə Monitorinqi və Nəzarət Departamentinə yeni direktor təyin edilib.
Maliyyə
8 Avqust , 2017 11:51
“Azər-Türk Bank”da yeni təyinat olub

Bakı. 8 avqust. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin Maliyyə Monitorinqi və Nəzarət Departamentinə yeni direktor təyin edilib.

“Report” banka istinadən xəbər verir ki, bu, Elmar Ələkbər oğlu Ələkbərovdur.

İndiyə qədər bu vəzifəni müvəqqəti olaraq Vüsalə Oqtay qızı Kazımova icra edib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi