Yuxarı

"Azər-Türk Bank"da sədr seçkisi növbəti yığıncağa qalıb

Azər-Türk Bank ASC-nin səhmdralarının növbəti yığıncağı keçirilib

Bakı. 31 iyul. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin səhmdralarının növbəti yığıncağı keçirilib.

"Report"un bankdakı mənbəyə istinadən verdiyi məlumata görə, cari məsələrin müzakirə olunduğu yığıncaqda gözlənildiyi kimi İdarə Heyətinə sədr seçilməsi məsələsi müzakirə edilməyib.

Məlumata görə, bu məsələ səhmdların növbəti yığıncağında diqqət mərkəzində olacaq.

Xatırladaq ki, "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının iyulun 22-də keçirilən iclasının qərarı ilə 4 il müddətinə ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyətinin sədr müavini Fərhad Əsgər oğlu Adıgözəlov icra edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi