“Azər-Türk Bank” bağlanmış banklara məxsus avadanlıqları alıb

“Azər-Türk Bank” bağlanmış banklara məxsus avadanlıqları alıb Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Respublika Xammal və Əmtəə Birjasının Hərrac Mərkəzində ləğv prosesində olan banklara məxsus əmlakların satışı həyata keçirilib.
Maliyyə
16 Yanvar , 2018 11:53
“Azər-Türk Bank” bağlanmış banklara məxsus avadanlıqları alıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Respublika Xammal və Əmtəə Birjasının Hərrac Mərkəzində ləğv prosesində olan banklara məxsus əmlakların satışı həyata keçirilib.

“Report” xəbər verir ki, “Bank Standard” QSC-nin balansında olan 2 bankomat hər biri 6 750 manat, 1 ədəd embosser (plastik kart hazırlayan qurğu) 17 030 manat, eləcə də “Atra Bank” ASC-yə məxsus 2 ədəd embosser 5 030-6 030 manat ilkin start qiyməti ilə potensial alıcılara təklif olunub.

“Azər-Türk Bank” ASC rəqabətsiz şəraitdə hər 3 embosserə sahib olub.

Hərracla bağlı bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun daha geniş məlumat yayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi