Azad Cavadov: "Məcburi ləğvetmədə olmayan banklarda qorunmayan əmanətlər gələn il qaytarıla bilər"

Azad Cavadov: "Məcburi ləğvetmədə olmayan banklarda qorunmayan əmanətlər gələn il qaytarıla bilər" Bunun üçün məhkəmə qərarı olmalıdır
Maliyyə
16 Dekabr , 2016 17:10
Azad Cavadov: Məcburi ləğvetmədə olmayan banklarda qorunmayan əmanətlər gələn il qaytarıla bilər

Bakı. 16 dekabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Parabank” və “Dekabank” ASC-lərin qorunmayan əmanətlərinin qaytarılmasına start verilsə də, digər banklarda bu prosesin başlanması gələn ilin fevral ayına qədər çəkə bilər. Bu barədə “Report”a açıqlamasında bağlanmış bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, adı çəkilən iki bank məcburi ləğvetmədə olduğu üçün onlardakı qorunmayan əmanətlər sahiblərinə geri ödənilir: “Həmin banklardan biri – “Parabank” bank olmayan kredit təşkilatına çevrilməkdədir, buna görə də, əmanətçilər qarşısında öhdəlikləri yerinə yetirilir. “Dekabank”da isə elə də çox əmanət yoxdur, problemsiz qaytara bilirlər. Qalan bankların bunu etməsi üçün məhkəmə qərarı olmalıdır, bu da gələn ilin fevralına qədər çəkə bilər”.

Xatırladaq ki, hazırda ADİF “Parabank” və “Dekabank”la yanaşı 9 bankın – "Royalbank", "Bank of Azerbaijan", "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Kredobank", "Zaminbank", “Gəncəbank” ASC-lərin və “Bank Standard” QSC-nin ləğv edilməsi ilə məşğuldur. 

Son xəbərlər

Orphus sistemi