Azad Cavadov: “Bank Standard”ın digər kreditorlarına pul çatmayacaq"

Azad Cavadov: “Bank Standard”ın digər kreditorlarına pul çatmayacaq" Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. manat pul ödənilib
Maliyyə
16 May , 2017 16:19
Azad Cavadov: “Bank Standard”ın digər kreditorlarına pul çatmayacaq

Bakı. 16 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. manat pul ödənilib.

“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bankın mövcud kredit portfelindən və satıla biləcək əmlakdan əldə olunacaq vəsait isə 195 mln. manatdır: “Bu məbləğ “KPMG” audit şirkətinin hesablaması nəticəsində məlum olub. İlk olaraq fond pulunu götürməlidir. Bu da o deməkdir ki, “Bank Standard”ın kreditorlarına pul çatmayacaq”. 

Son xəbərlər

Orphus sistemi