Yuxarı

Azad Cavadov: "Artırılan əmanətlər fiksasiya ediləcək"

Əmanətlərin Sığortalanması Fondunun 40 mln. manatı ehtiyatı var

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda martın 2-dən etibarən kommersiya banklarına yerləşdirilən bütün əmanətlər tam həcmdə sığortalanır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadov qeyd edib ki, əmanətlərin tam sığortalanması ilə bağlı prezidentin qərarı 3 il qüvvədə olacaq: "Bu qərar 2019-cu ilin martına qədər qüvvədə olacaq. Ola bilər ki, ondan sonra da uzadılsın. Lakin qüvvəsi geriyə şamil edilmir".

ƏSF rəhbəri əlavə edib ki, müştərilər tərəfindən mütəmadi olaraq artırılan əmanətlər isə fiksasiya ediləcək: "Hazırda bağlanan 3 bankın qorunan əmanətçilərinə 93 mln. manat vəsait ödənilib. Fondun ehtiyatda 40 mln. manatı var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi