​Azərbaycan sığorta bazarı 4% artıb

​Azərbaycan sığorta bazarı 4% artıb Sığorta bazarında ödənişlər isə 32% artıb
Maliyyə
30 Oktyabr , 2014 13:10
​Azərbaycan sığorta bazarı 4% artıb

Bakı. 30 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 314,1 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da illik müqayisədə 3,5% çoxdur. “Report”un xəbər verdiyi kimi, eyni zamanda şirkətlər tərəfindən aparılan sığorta ödənişlərinin həcmi 116,4 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 31,5% çoxdur.

Sığorta haqlarının tərkibində 204,1 mln. manat və ya ümumi həcmin 65,0%-i könüllü, müvafiq olaraq 110,0 mln. manat və ya 35,0%-i icbari sığorta növlərinin payına düşür. Öz növbəsində, könüllü sığorta sahəsində 52,4 mln. manat və ya 25,7% həyat sığortası, müvafiq olaraq 151,7 mln. manat və ya 74,3% qeyri-həyat sığortasının payına düşür. İcbari sığortada isə 24,4 mln. manatı və ya 22,2%-i həyat, 85,6 mln. manatı və ya 77,8%-i qeyri-həyat sığortası təşkil edib.

Sığorta ödənişlərinin strukturunda isə 85,9 mln. manat və ya ümumi həcmin 73,4%-i könüllü, müvafiq olaraq 30,5 mln. manat və ya 26,6%-i icbari sığorta növlərinin payına düşür. Öz növbəsində, könüllü sığorta sahəsində 21,5 mln. manat və ya 25,0% həyat sığortası, 64,4 mln. manat və ya 75,0% qeyri-həyat sığortasının payına düşür. İcbari sığortada isə 2,0 mln. manatı və ya 6,6%-i həyat, 28,5 mln. manatı və ya 93,4%-i qeyri-həyat sığortası təşkil edib.

Qeyd edək ki, illik müqayisədə könüllü sığorta üzrə haqlar 0,8%, ödənişlər isə 39,0% artıb. İcbari sığorta üzrə bu göstəricilər müvafiq olaraq 9,0% və 14,2% olub.

Son xəbərlər

Orphus sistemi