Yuxarı

Avropanın 6 bankında ciddi yoxlamalar başlaya bilər

Avropanın 6 bankına xəbərdarlıq edilib

2019-cu ildə Avrozonada illik yoxlama zamanı 109 bankdan 6-sı Avropa Mərkəzi Bankının (ECB) kapital adekvatlılığı tələblərinə cavab verə bilməyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ECB həmin banklardan balans hesabatlarını gücləndirməyi tələb edib, əks halda ciddi yoxlamalara başlayacağı barədə xəbərdarlıq edib.

Məlumata görə, illik qiymətləndirmədən keçən bankların əksəriyyəti aşağı faiz dərəcələrinə görə kapital toplamaqda cətinlik çəkir və nəticədə bir çox bankın adı çirkli pulların yuyulmasında hallanır.

“2019-cu ilin son rübündə lazımi maliyyə tədbirlərini görməyən banklardan müəyyən edilmiş müddətdə düzəlişlərin edilməsi tələb olunub”, - ECB bildirilib.

Qeyd edək ki, ECB ilk dəfə hər bir bankdan tələb etdiyi kapitalın adekvatlığı nisbətini ətraflı şəkildə dərc edib. Siyahıda tam yoxlanılmamış banklarla yanaşı, “Volkswagen”in maliyyə lizinq qolu və Brexit səbəbi ilə Londonu tərk edən xarici investisiya banklarının törəmələri də var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi