Avropada kriptovalyutalar vasitəsilə ildə 4,5 mlrd. avro "çirkli pul" yuyulur

Avropada kriptovalyutalar vasitəsilə ildə 4,5 mlrd. avro "çirkli pul" yuyulur Bakı. 23 fevral. REPORT.AZ/ Avropada kriptovalyutalar vasitəsilə ildə 3,4 - 4,5 mlrd. avro (4,2 - 5,5 mlrd. ABŞ dolları) çirkli pulun yuyulduğu ehtimal edilir. 
Maliyyə
23 Fevral , 2018 17:36
Avropada kriptovalyutalar vasitəsilə ildə 4,5 mlrd. avro çirkli pul yuyulur

Bakı. 23 fevral. REPORT.AZ/ Avropada kriptovalyutalar vasitəsilə ildə 3,4 - 4,5 mlrd. avro (4,2 - 5,5 mlrd. ABŞ dolları) "çirkli pul"un yuyulduğu ehtimal edilir. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Polis Təşkilatının ("Europol") rəhbəri Rob Veynrayt (Rob Wainwright) bildirib.

Onun sözlərinə görə, "Europol" hazırda bu qanundankənar fəaliyyətin qarşısını almaq üçün yollar axtarır. Qeyd edək ki, hazırda kriptovalyuta bazarında 7 467 valyuta var ki, onların da məcmu kapitallaşması 613 mlrd. dollar təşkil edir. 

Kriptovalyutaların ötürülməsi əməliyyatlarına nəzarətin çətin olması, narkotik və silah tacirlərinin diqqətini cəlb edir. Kriptovalyutalara Mərkəzi Banklar tərəfindən nəzarət edilmədiyi üçün təhlükəsizlik güclərinin də bu sektora müdaxiləsi mümkün deyil. "Europol"a görə, hər il Avropada yuyulan 113 mlrd. avro (139 mlrd. dollar) "çirkli pul"un 3 - 4%-i kriptovalyutaların payına düşür. Hazırda "bitcoin"i daha çox insan izlədiyi üçün cinayətkarların daha çox "monero" adlanan kriptovalyutadan istifadə etdikləri deyilir. 

Son xəbərlər

Orphus sistemi