Yuxarı
    Bağlamaq

    Avropa Mərkəzi Bankı faizləri sabit saxlayıb

    Qərar proqnozlarla üst-üstə düşüb

    Bakı. 9 mart. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) İdarə Şurası bu gün keçirilən növbəti iclasında uçot dərəcələrini dəyişdirməyərək 0% həddində saxlayıb. 

    "Report" RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə ECB-nin press-relizində bildirilib. Depozitlər üzrə faizlər -0,4% həddində, marjinal faiz dərəcəsi isə 0,25% səviyyəsində sabit saxlanılıb. 

    ECB həmçinin istiqraz alım proqramının aylıq həcmini dəyişdirməyərək 80 mlrd. avro (84 mlrd. ABŞ dolları) elan edib. Proqramın müddəti 2017-ci ilin mart ayına qədər davam edəcək. Aprel ayından ilin sonuna qədər isə aylıq alışın həcmi 60 mlrd. avro (63 mlrd. dollar) olacaq.

    ECB zəruri olduğu halda proqramın müddəti və həcmini dəyişdirə biləcəyini xatırladıb. Qeyd edək ki, qərar analitiklərin proqnozu ilə üst-üstə düşdüyü üçün avronun dünya valyuta bazarlarında məzənnəsi dəyişməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi