Həmin vəsait Azərbaycanda üç əsas sahədə müxtəlif proqramların həyata keçirilməsinə ayrılacaq. Belə ki, Avropa İttifaqı regionların və kənd təsərrüfatının inkişafı (ayrılan məbləğin təxminən 40%-i), ədliyyə sektorunda islahatlar (təxminən 20%) və təhsil sahəsi üzrə layihələri maliyyələşdirir.
Avropa Komissiyası tərəfindən təsdiq olunan maliyyə paketinə Azərbaycandan başqa Əlcəzair, Ermənistan, Belarus, İordaniya, Livan, Liviya, Mərakeş və Tunis daxildir. Aİ ümumilikdə 5,5 mlrd. avro xərcləyəcək.
Proqramların maliyyə paketi 2014-2017-ci illərdə Ermənistanda 140-170 mln. avro, Belarusda - 71-89 mln. avro təşkil edəcək.