Yuxarı

​Avropa İttifaqı Azərbaycana daha 9 mln. avro ayıracaq

Tərəflər daha 9 tvinninq layihəsi üçün sənədlər hazırlayır

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanda daha 9 tvinninq layihəsinin icrası ilə bağlı imzalanma üçün sənədlər hazırlanır. "Report"un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.

"Hər bir layihənin hazırlıq mərhələsi 1,5 il, layihənin özü təxminən 2 illik dövrü əhatə edir. Bu müddətdə Azərbaycanın həm qanunvericiliyinə dəyişiklik edilir, həm də müvafiq təcrübə, metodologiya istiqamətində sənədlər hazırlanır. Yeni layihələr əsasən təhsil, ədliyyə, kənd təsərrüfatı, texniki tənzimləmə normalarını əhatə edir. Layihənin dəyəri adətən 1 mln. avro ətrafında olur", - deyə S.Babayev qeyd edib.

Xatırladaq ki, Azərbaycanda bu günədək 43 tvinninq layihəsi icra olunub və bunun 25-i uğurla tamamlanıb, 9 layihə isə icra mərhələsindədir. Azərbaycanın dövlət qurumlarının təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib. Bununla yanaşı, dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak ediblər. Həmçinin, ölkədə 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOİCİEUX layihəsi icra mərhələsindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi