Avronun qiyməti 1,08 həddindən aşağı düşüb

Avronun qiyməti 1,08 həddindən aşağı düşüb Qərbin əksər fond indeksləri ucuzlaşıb
Maliyyə
1 Aprel , 2015 09:28
Avronun qiyməti 1,08 həddindən aşağı düşüb

Bakı. 1 aprel. REPORT.AZ/ Martın 31-də Amerika fond bazarında Dow Jones indeksində 1,11% azalma müşahidə olunub və 17 776,12 bənd təşkil edib. S&P 500 0,88% geriləyərək 2 067,89 bənd, Nasdaq isə 0,94% azalaraq 4 900,89 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,72% azalaraq 6 773,04 bənd, Almaniya DAX-ı 0,99% ucuzlaşaraq 11966,17 bənd, Fransa CAC-40-ı isə 0,98% geriləyərək 5 033,64 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,53% artaraq 1 187,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0783 (-0,09%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi