Avronun məzənnəsi 1,13 USD/EUR həddini keçib

Avronun məzənnəsi 1,13 USD/EUR həddini keçib Qərbin əsas fond indeksləri müxtəlif trendli dinamika nümayiş edib
Maliyyə
27 Aprel , 2016 08:19
Avronun məzənnəsi 1,13 USD/EUR həddini keçib

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 26-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,07% bahalaşaraq 17 990,32 bənd, "S&P 500" indeksi 0,19% artaraq 2 091,70 bənd, "Nasdaq" isə 0,15% geriləyərək 4 888,29 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,38% bahalaşaraq 6 284,52 bənd, Fransa "CAC-40"-ı 0,28% azalaraq 4 533,18 bənd, Almaniya DAX-ı isə 0,34% geriləyərək 10 259,59 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,61% bahalaşıb və 1 245,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1301 (+0,36%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi