Yuxarı

Avroda ucuzlaşma davam edib

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,23% artıb

Bakı. 29 avqust. REPORT.AZ/ Avqustun 28-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,07% azalaraq 16 643,01 bənd, S&P 500 0,06% bahalaşaraq 1 988,87 bənd, Nasdaq isə 0,32% irəliləyərək 4 828,32 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,90% irəliləyərək 6 247,94 bənd, Fransa CAC-40-ı 0,36% artaraq 4 675,13 bənd, Almaniya DAX-ı isə 0,17% ucuzlaşaraq 10 298,53 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,23% artaraq 1 133,30 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1185 (-0,54%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi