Yuxarı

​Avro və qızıl ucuzlaşıb

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə yenidən 1,10 həddindən aşağı düşüb

Bakı. 30 iyul. REPORT.AZ/ İyulun 29-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,69% artaraq 17 751,39 bənd, S&P 500 0,73% bahalaşaraq 2 108,57 bənd, Nasdaq isə 0,44% irəliləyərək 5 111,73 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,16% irəliləyərək 6 631,00 bənd, Fransa CAC-40-ı 0,81% artaraq 5 017,44 bənd, Almaniya DAX-ı isə 1,06% bahalaşaraq 11 211,85 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% ucuzlaşaraq 1091,50 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0972 (-0,84%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi