​Avro tədavüldən çıxarıla bilər

​Avro tədavüldən çıxarıla bilər Mərkəzi banklar sürətlə avrodan imtina edir
Maliyyə
10 Aprel , 2015 17:09
​Avro tədavüldən çıxarıla bilər

Bakı. 10 aprel. REPORT.AZ/ Dünya miqyasında mərkəzi bankların son aylar ərzində avroda saxlanılan aktivlərini azaltması vahid Avropa valyutasının ehtiyat valyuta statusunu itirməsi ilə nəticələnə bilər. Mart ayında başladığı monetar ekspansiya tədbirləri nəticəsində Avropa İttifaqı (Aİ) gələcəkdə iqtisadi hədəflərinə çata bilsə də, avronun cazibəliyini itirməsinə səbəb olacaq. Nəticədə avro uzunmüddətli perspektivdə, ümumiyyətlə, tədavüldən çıxarıla bilər.

Mərkəz banklar monetar genişlənmə proqramı nəticəsində dəyərdən düşəcəyini ehtimal edərək artıq keçən ildən avroda olan aktivlərini azaltmağa başlayıb. Hazırda avro dünya mərkəzi banklarının məcmu ehtiyatlarının 22%-ni təşkil edir. Halbuki 5 il əvvəl bu göstərici 28% olub. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, ötən dövr ərzində dollar və yendə olan aktivlər artırılıb.

"Societe Generale" bankının iqtisadçısı Daniel Fermon avronun bir ehtiyat valyutası kimi dəyərdən düşdüyünü vurğulayır: "Problem odur ki, onun minimum hansı səviyyəyə düşəcəyini proqnozlaşdırmaq mümkün deyil".

Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi isə avro aktivlərini azaldan mərkəzi banklara müsbət yanaşdığını bildirərək qeyd edib ki, zəif valyuta məzənnəsi qitəni rəqabət qabiliyyətli edir.

Qeyd edək ki, 2015-ci ilin əvvəlinə Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 34%-i avronun payına düşüb.

Son xəbərlər

Orphus sistemi