Avro ECB rəhbərinin açıqlamaları ilə ucuzlaşıb

Avro ECB rəhbərinin açıqlamaları ilə ucuzlaşıb Bakı. 14 mart. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) rəhbəri Mario Draqinin açıqlamaları avronun ucuzlaşmasına səbəb olub. Valyuta birjalarında 1 avro 1,2412 dollardan 1,2365 dollara düşüb. 
Maliyyə
14 Mart , 2018 13:13
Avro ECB rəhbərinin açıqlamaları ilə ucuzlaşıb
ECB rəhbəri Mario Draqi / REUTERS/Ralph Orlowski

Bakı. 14 mart. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) rəhbəri Mario Draqinin açıqlamaları avronun ucuzlaşmasına səbəb olub. Valyuta birjalarında 1 avro 1,2412 dollardan 1,2365 dollara düşüb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bankir valyuta bazarlarında dalğalanmaların risk yaratdığını bildirib. 

O, həmçinin monetar siyasətdə səbrli və inadcıl olmaq lazım gəldiyini, inflyasiya göstəricisinin hələ də aşağı olduğunu qeyd edib. ECB rəhbəri avronun bahalaşmasının inflyasiyaya təzyiq yaradaraq onun səviyyəsini aşağı salacağını da deyib. Bundan sonra Avropa valyutasının məzənnəsində azalma baş verib. 

M.Draqi monetar stimullaşdırmanı başa çatdırmaq üçün inflyasiyanın səviyyəsini yaxından izləməyin zəruri olduğunu vurğulayıb. O, həmçinin ABŞ-ın başladığı ticarət müharibələrindən narahat olduğunu dilə gətirib.

"Report"un analitik qrupu hesab edir ki, ECB rəhbəri avronun baha olmasında maraqlı deyil və buna görə də, Avropa valyutası ucuzlaşacaq. Bununla yanaşı, ABŞ da dolların baha olmasını istəmir. Odur ki, USD/EUR nisbətinin 1,23 səviyyəsində sabitləşməsi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi