Yuxarı
    Bağlamaq

    Avro dünya maliyyə sistemində mövqeyini itirir

    ABŞ dolları qlobal  maliyyə sisteminin 2/3-nə nəzarət edir

    Bakı. 5 iyul. REPORT.AZ/ Son bir ildə avro beynəlxalq valyuta kimi daha az istifadə olunmağa başlayıb.

    "Report" Avropa Mərkəzi Bankının (ECB) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə "Avronun beynəlxalq rolu" adlı hesabatda bildirilir.

    Bankın icra şurasının üzvü Benua Kyora (Benoit Coeure) bildirib: "İş orasındadır ki, avro dünya valyutası kimi mövqeyini itirir. Amma, mübahisəsiz beynəlxalq maliyyə sistemində ikinci valyuta olaraq qalmağa davam edir."

    Hesabatda bildirilib ki, avronun dünya valyuta ehtiyatlarındakı xüsusi çəkisi 2016-cı ildə 19,7%-dən 19,4%-ə geriləyib. Beynəlxalq hesablaşmalarda isə avronun payının artdığı bildirilir. 

    ECB-nin məlumatında həmçinin qeyd edilib ki, hazırda ABŞ dolları dünyanın əsas valyutası hesab edilir və bu, dünya xarici borc bazarının, beynəlxalq kreditlər və qızıl-valyuta ehtiyatlarının təqribən 2/3-ni təşkil edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi