Yuxarı

​Avrasiya İnkişaf Bankı gələn il layihələrə 1,1 mlrd. dollar ayıracaq

Bu vəsait hesabına postsovet məkanında 58 layihə maliyyələşdiriləcək

Bakı. 4 avqust. REPORT.AZ/ Avrasiya İnkişaf Bankı 2017-ci ilin sonuna qədər postsovet məkanında 58 layihəni maliyyələşdirəcək. "Report" xəbər verir ki, bu barədə Bankdan "Qazeta.ru" saytına məlumat verilib.

Maliyyələşmənin ümumi həcminin 1,1 mlrd. ABŞ dolları təşkil edəcəyi və əsasən infrastruktur sahəni əhatə edəcəyi qeyd edilib. 

Xatırladaq ki, Bankın postsovet ölkələrindəki cari investisiya portfelinin həcmi 2 mlrd. dollar təşkil edir. Yeni investisiya portfelinin 40%-nin Qazaxıstandakı layihələrə, 23%-i isə Belarusa ayrılacağı nəzərdə tutulub. Məcmu investisiya portfelində isə 33,5%-lik vəsait Rusiyadakı layihələrə ayrılıb. İnvestisiyaların sahələr üzrə strukturunda 33% energetika, 20% nəqliyyat, 11% isə maşınqayırma və maliyyə sektorlarına ayrılıb.

Xatırladaq ki, Avrasiya İnkişaf Bankı 2006-cı ildə Avrasiya İqtisadi İttifaqı ölkələri (Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan) tərəfindən yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi