Yuxarı

Auditorlar Palatasının 20 illiyi qeyd olunur

Azərbaycan Prezidenti İlham Əliyev yubiley münasibətilə təbrik məktubu ünvanlayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov Prezident İlham Əliyevin auditorlara təbrik məktubunu oxuyub.

"Azərbaycan Prezidenti İlham Əliyev yubiley münasibətilə təbrik məktubu ünvanlayıb. Palatanın əməkdaşlarını tərəqqi medalı ilə təltif edib. Bunun üçün Prezidentə təşəkkür edirəm", - deyə V. Novruzov qeyd edib.

V. Novruzov həmçinin çıxışında Azərbaycan Silahlı Qüvvələrinin son günlər əldə etdiyi nailiyyətləri də qeyd edib: "Qoşunlarımız nailiyyətlərə imza atır. Eşq olsun Azərbaycan Ordusuna!”

V. Novruzov bildirib ki, auditin yayılması istiqamətində xeyli işlər görüb. Auditorlar Palarası dövlətin mənafeyinin qorunmasında prinsipial fəaliyyətini bu gün davam etdirir:

“Azərbaycan auditinin qazandığı uğurlar iqtisadi uğurlarının möhkəmlənməsinə xidmət edir. Auditorlar Palatası 30-dan artıq ölkənin audit və mühasibatlıq təkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokollları və memorandumlar imzalayıb və bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (İFAC), Avropanın Mühasiblər və Auditorlar Federasiyası(EFAA) kimi nüfuzlu beynəlxalq audit və mühasibatlıq qurumlarına tam hüquqlu üzv qəbul olunub”.

Qeyd edək ki, Auditorlar Palatasının 20 illiyinə həsr olunumuş “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransda 20-ə yaxın xarici ölkənin müvafiq audit və mühasibatlıq qurumlarının təmsilçiləri, beynəlxalq peşəkar təşkilatların, ölkənin dövlət və QHT-lərin, özəl sektorun nümayəndələri iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi