Auditorlar Palatasında “dəyirmi masa” təşkil olunub

Auditorlar Palatasında “dəyirmi masa” təşkil olunub Məruzələr ətrafında müzakirələr aparılıb
Maliyyə
25 İyul , 2017 19:51
Auditorlar Palatasında “dəyirmi masa” təşkil olunub

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Auditorlar Palatasında “dəyirmi masa” təşkil olunub. 

Bu barədə “Report”a palatadan məlumat verilib.

“Dəyirmi masa”da palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda” layihəsini məruzə edib.

Həmçinin tədbirdə Keyfiyyətə Nəzarət Komitəsinin sədri V.Kərimov tərəfindən “Auditorun məcburi əvəzlənməsi praktikası” barədə layihə və Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Ü.Fətiyev tərəfindən “Auditor təşkilatlari və sərbəst auditorlar tərəfindən auditor xidmətləri dəyərinin tövsiyə olunan minimum hədlərdən aşağı qiymətə bağlanmış audit müqavilələrinin tədqiqi üzrə Metodik göstəriş”in layihəsi məruzə olunub.

Məruzələr ətrafında müzakirələr aparıldığı və layihələrə dair “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verilib.

Sonda irad və təkliflər nəzərə alınmaqla hər 3 sənəd bəyənilib və Auditorlar Palatası Şurasının müzakirəsinə tövsiyə edilib.

"Dəyirmi masa"da məcburi auditdən yayınmanın qarşısının alınması ilə əlaqədar Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi