Yuxarı

Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb

​Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb

2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib.

“Report” xəbər verir ki, bu, Bankın maliyyə fəaliyyəti ilə bağlı auditor yoxlamasından sonra məlum olub.

“Amrah Bank”ın audit hesabatına əsasən, bu ilin əvvəlinə Bank 199,864 milyon manatlıq cəmi aktivlərə, 210,919 milyon manatlıq cəmi öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının cəmi kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir.

Xatırladaq ki, “Amrah Bank” bu ilin yanvar ayında açıqladığı balans hesabatında kapitalla bağlı problemin olmadığını bildirib. Belə ki, hesabatda Bankın cəmi aktivlərinin 230,33 milyon manat, cəmi öhdəliklərinin 203,929 milyon manat, cəmi kapitalının isə 26,401 milyon manat olduğu qeyd edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi