“Audatex Azerbaijan” xidmət haqqını avrodan manata keçirib

“Audatex Azerbaijan” xidmət haqqını avrodan manata keçirib Qiymətləndirmə xidmətinə tələbat hələlik arzuolunan səviyyədə deyil
Maliyyə
8 Dekabr , 2016 14:06
“Audatex Azerbaijan” xidmət haqqını avrodan manata keçirib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda sığorta hadisələri nəticəsində avtomobillərə dəymiş zərərin qiymətləndirilməsi ilə məşğul olan “Audatex Azerbaijan” MMC xidmət haqqını eyni ekvivalentdə avrodan manata keçirib. 

Bu barədə “Report”a açıqlamasında şirkətin direktoru Zakir Kərimzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda “Audatex” sisteminin imkanlarından istifadə edən 11 sığorta şirkəti hər qiymətləndirmə üçün cəmi 7,5 manat xidmət haqqı ödəyir. Son nəticədə sığortaçıların qiymətləndirməyə çəkdiyi xərc təxminən 2 dəfə azalıb və bu, qiymətləndirmə xidmətinə tələbatı qismən artırıb.

Bununla belə, Z.Kərimzadə bildirib ki, “Audatex Azerbaijan” sığorta bazarında istədiyi nəticəyə nail ola bilməyib: “Sistem dəymiş zərəri yeni ehtiyat hissələrinin qiyməti əsasında hesablayır. Sığorta şirkətləri isə zərərin məbləğinin işlənmiş ehtiyat hissələrinin qiyməti əsasında müəyyən edilməsində maraqlıdır. Yəni, nəqliyyat vasitələrinə dəymiş zərərin hesablanması qaydaları qanunvericiliklə tənzimlənmədiyi üçün, bu həm "Audatex" sistemindən istifadəni, həm də birbaşa tənzimlənmə haqda qanunun qüvvəyə minməsini əngəlləyir. “Audatex Azerbaijan” şirkəti sığorta şirkətlərinə digər ölkələrin bu istiqamətdə olan təcrübəsini təqdim edib, lakin hələ ki, bir nəticə əldə olunmayıb”.

Buna görə də, “Audatex Azerbaijan” şirkəti hələ ki, Azərbaycan bazarında istədiyi hədəfə nail ola bilmir və zərərlə işləyir. “Bizim mənfəətlə işləməyimizə çox var”, - deyə Z.Kərimzadə fikrini tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi