“Atrabank”ın kreditorlarının bir qismi məlum olub

“Atrabank”ın kreditorlarının bir qismi məlum olub Bu gün bankda yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir
Maliyyə
12 May , 2017 15:02
“Atrabank”ın kreditorlarının bir qismi məlum olub
Report.az

Bakı. 12 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Atrabank” ASC-nin kreditorlarının bir qismi məlum olub.

“Report”un məlumatına görə, bu, “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA Bank” və “PAŞA Həyat Sığorta” ASC-lər, ləğvetmə prosesində olan “Azərqarant” ASC, Müdafiə Sənayesi Nazirliyinə məxsus Elektron Hesablayıcı Maşınlar Zavodu və “Sənayecihaz” Elmi-İstehsalat Birliyidir.

Bundan başqa, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, onun iki oğlu – Samir və Seymur Səfərlilər də “Atrabank”ın kreditorları arasındadır.

Qeyd edək ki, bu gün “Atrabank”da yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir. İclas bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub. İclası ADIF-in icraçı direktorunun müşaviri Elşən Kərimov aparır.

Son xəbərlər

Orphus sistemi