“Atəşgah” Sığorta Qrupu 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim edib

“Atəşgah” Sığorta Qrupu 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim edib Bakı. 11 sentyabr. REPORT.AZ/ “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib.
Maliyyə
11 Sentyabr , 2018 12:18
“Atəşgah” Sığorta Qrupu 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib. 

Bu barədə SQ-dən "Report"a daxil olan məlumatda bildirilir. 

“Yeni biznes strategiyaya əsasən “Atəşgah” SQ üç ildən sonra daha effektiv biznes göstəricilərinə malik olacaq. Belə ki, biz, sığorta mütəxəssislərinin seçim və təlim proseslərinə, məhsulların inkişafı və modernləşdirilməsinə yatırımlar edəcəyik. Yatırımların vacib istiqamələrindən biri də - rəqəmsallaşmadır. Burada prioritet olaraq satışları əsas elektron satış kanalına çevirmək, şirkətin İT-infrastruktur bazasını təkmilləşdirməkdir”, - "Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev adı çəkilən inkişaf strategiyasını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, yeni strategiya sığorta qrupunun əməkdaşlarından ibarət işçi qrupu tərəfindən hazırlanıb və ümumilikdə, beş əsas istiqaməti özündə ehtiva edir:

1.İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkətlər üzrə rəqəmsallaşdırılma səviyyəsinin yüksəldilməsi.

2.Biznes proseslərin təkmilləşdirilməsi. 

3.Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi. 

4.İnsan kapitalına investisiya. 

5.Yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması.

Şirkət rəhbəri, “Atəşgah” SQ –nun Azərbaycanda əmlak və avtomobil sığortası üzrə ən böyük müştəri portfeli ilə pərakəndə sığortada lider olmaq, eləcə də korporativ sığorta seqmenti üzrə TOP 3- lükdə mövqeyini möhkəmlətmək kimi iddialı hədəfləri qarşısına qoyduqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi