Yuxarı
    Bağlamaq

    "Atəşgah Sığorta" ödənişi gecikdirməsi ilə bağlı şikayətə münasibət bildirib

    Bakı. 14 iyul. REPORT.AZ/ "Atəşgah Sığorta" ASC ödənişi gecikdirməsi ilə bağlı Bakı şəhər sakini İlqar Hüseynovun şikayətinə münasibət bildirib. 

    Şirkətdən "Report"a verilən açıqlamada deyilir: "Şikayətçinin avtomobilinin kasko sığortası başqa sığorta şirkətində olunduğu üçün hadisənin tənzimlənməsi üçün ilk növbədə ora müraciət olunub. Ancaq avtomobilə dəymiş ziyanın məbləği kiçik olduğu və azadolma məbləğini aşmadığı üçün müştəriyə ödəniş edilməyib. Bundan sonra zərərçəkmiş “Atəşgah Sığorta"ya müraciət edərək avtomobilini şirkətin Mətbuat prospektində yerləşən filialına təqdim edib. Ekspertlər avtomobilə baxış keçirib, dəymiş zərəri 280 manat məbləğində qiymətləndirib və müştəriyə təqdim edib. O, buna razılıq verdikdən və qanunvericiliyə uyğun sənədləri təqdim etdikdən sonra müştəriyə bank hesabı açılıb və iş ödənişə göndərilib. Hal-hazırda ödəniş bank tərəfindən icra olunur". 

    Bir daha xatırladaq ki, hadisə bu il iyunun 27-də baş verib. Sığorta şirkəti ödənişi hələ də həyata keçirməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi