"Atəşgah Həyat Sığorta"nın xalis mənfəəti 5% artıb

"Atəşgah Həyat Sığorta"nın xalis mənfəəti 5% artıb Atəşgah Həyat Sığorta ASC 2019-cu ili 6,961 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
3 Aprel , 2020 15:27
Atəşgah Həyat Sığortanın xalis mənfəəti 5% artıb

"Atəşgah Həyat Sığorta" ASC 2019-cu ili 6,961 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 5,4% çoxdur.

Ötən il "Atəşgah Həyat Sığorta"nın gəlirləri 36,942 milyon manat (illik müqayisədə 16,8% çox), xərcləri 28,24 milyon manat (20,8% çox), mənfəət vergisi ödəmələri isə 1,74 milyon manat (5,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 97,476 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,6% artaraq 76,613 milyon manata, balans kapitalı isə 10,6% artaraq 20,863 milyon manata çatıb.

Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi