“Atəşgah Həyat” aprel döyüşlərində həlak olan hərbçinin ipoteka kreditini ödəyib

“Atəşgah Həyat” aprel döyüşlərində həlak olan hərbçinin ipoteka kreditini ödəyib Mina partlayışı nəticəsində xəsarət alan hərbçinin ipoteka krediti üzrə 21 min 270 manat qalıq məbləği şirkət tərəfindən banka ödənilib
Maliyyə
13 İyul , 2016 16:45
“Atəşgah Həyat” aprel döyüşlərində həlak olan hərbçinin ipoteka kreditini ödəyib

Bakı. 13 iyul. REPORT.AZ/ “Atəşgah Həyat” Sığorta Şirkəti ipoteka kreditləri borcalanlarının həyat sığortası üzrə iri ödənişlər edib.

"Report" şirkətə istinadən xəbər verir ki, aprelin 6-da Füzuli rayonu cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində xəsarət alan hərbçinin ikinci dərəcəli əlillik alması səbəbindən onun ipoteka krediti üzrə 21 min 270 manat qalıq məbləği şirkət tərəfindən banka ödənilib.

Digər iri ödəniş - 48 min 273 manat məbləği aprelin 4-də cəbhə bölgəsində gedən döyüşlər zamanı həlak olan hərbçi üçün həyata keçirilib.

Daha iki ödəniş 17 min 580 manat onkoloji xəstəlik nəticəsində ikinci dərəcəli əlillik alan və 14 min 268 manat onkoloji xəstəlik səbəbindən dünyasını dəyişmiş sığortaolunana görə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi