Bakı. 12 fevral. REPORT.AZ/ "AtaSığorta" ASC cari ilin yanvar ayında 726 hadisə üzrə 174,9 min manat həcmində sığorta ödənişi həyata keçirib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta üzrə ödənilib. Məlumatda deyilir ki, “AtaSığorta” ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir.
“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 14,6 mln. manat həcmində nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmətlər göstərir. Şirkət həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısı olan "AtaSığorta"nın xidmət şəbəkəsinə 18 filial, nümayəndəlik və satış ofisləri daxildir.