“Atasığorta” “Unicapital”la əməkdaşlığa başlayıb

“Atasığorta” “Unicapital”la əməkdaşlığa başlayıb İnvestisiya şirkəti sığorta şirkətinin yeni anderrayteri təyin edilib
Maliyyə
14 Avqust , 2017 10:23
“Atasığorta” “Unicapital”la əməkdaşlığa başlayıb

Bakı. 14 avqust. REPORT.AZ/ “Unicapital İnvestisiya Şirkəti” ASC “Atasığorta” ASC-nin yeni anderrayteri təyin edilib.

Bu barədə “Report” sığorta şirkətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, “AtaSığorta”nın səhmdarının bu il iyunun 20-də keçirilmiş növbədənkənar ümumi yığıncağında ASC-nin 28 oktyabr 2014-cü il tarixində AZ1003005183 nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin emissiya prospektinin 22-ci və 25-ci bəndinə dəyişiklik edilməsi barədə qərar qəbul edilib. Şirkətin səhmlərinin yerləşdirilməsində iştirak edən anderrayter “Brokdil-AZ” MMC olsa da, onun lisenziyası ləğv edildiyindən “Unicapital İnvestisiya Şirkəti”nin “AtaSığorta”nın yeni anderrayteri təyin edilməsi qərara alınıb.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

“Unicapital” isə 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmləri 100% “Unibank” ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi