“Atasığorta”nın yığımları 11% azalıb

“Atasığorta”nın yığımları 11% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
12 Yanvar , 2017 10:40
“Atasığorta”nın yığımları 11% azalıb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Atasığorta” ASC-nin yığımları 2016-cı ildə 9 288 975 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 11,25% azdır.

Hesabat dövründə “Atasığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət il ərzində 3 542 429 manat ödəniş edib və bu, əvvəlki ilə nisbətən 16,29% azdır.

Ötən il “Atasığorta” topladığı hər 100 manat sığorta haqqının 38,14 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 40,43% olub.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi