Yuxarı

"Atasığorta"nın Direktorlar Şurasının üzvü vəfat edib

O, həm də Atrabankın İdarə Heyətinin sədr müavini olub

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Atasığorta" ASC-nin Direktorlar Şurasının müstəqil üzvü vəfat edib. Şirkətdən "Report"a verilən məlumata görə, söhbət Namiq Behbud oğlu Səmədovdan gedir.

Onun yerinə hələ ki, heç kim seçilməyib.

Xatırladaq ki, N.Səmədov 22 yanvar 1961-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. O, 1978-1985-ci illərdə Z.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Sənayenin iqtisadiyyatı” fakültəsində ali təhsil alıb.  Əmək fəaliyyətinə tələbə olarkən başlayan N.Səmədov 1981-2009-cu illərdə dövlət işində çalışıb, 2009-2016-cı illərdə hazırda ləğvetmə prosesində olan "Atrabank" ASC-nin İdarə Heyətinin sədr müavini, 2013-cü ilin iyun ayından isə paralel olaraq “Atasığorta”nın Direktorlar Şurasının müstəqil üzvü olub. 

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi