"Atasığorta"ın səhmdarlarının yığıncağı keçiriləcək

"Atasığorta"ın səhmdarlarının yığıncağı keçiriləcək Fevralın 17-də, saat 15:00-da Atasığorta ASC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
15 Yanvar , 2020 11:59
Atasığortaın səhmdarlarının yığıncağı keçiriləcək

Fevralın 17-də, saat 15:00-da "Atasığorta" ASC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2019-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün müstəqil auditorun təyin edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi